Haqqımızda

Məktəbimiz Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi 2010-cu ilin 18 oktyabr tarixində fəaliyyətə başlamışdır. Təsisçimiz Azərbaycan Banklar Assosiasiyasıdır. Himayədarımız Azərbaycan Respublikasının Mərkəzi Bankıdır.
Məktəbimiz Biləsuvar şəhəri H.Əliyev küçəsi ev 2D ünvanında yerləşir. Kompleksin həyətinin mərkəzində Azərbyacanın Milli Qəhrəmanı Mübariz İbarhimovun möhtəşəm heykəli ucaldılmışdır.
İnfrastrukturumuz kifayət qədər genişdir. Məktəbimiz 2 tədris korpusundan ibarətdir. Birinci korpus orta və tam orta məktəbin yerləşdiyi 4624.8 m2 olan asas və 1070 m2 olan yardımçı sahədən ibarətdir. İkinci korpus isə bağça, məktəbəqədər təhsil bölmələrinin yerləşdiyi 2040 m2 ümumi sahədən ibarətdir. Bundan başqa şagirdlər üçün nəzərdə tutulmuş 40 nəfərlik yataqxana, yeməkxana, idman zalı, STEAM mərkəzi, 7000 dən çox bədii ədəbiyyat, ensiklopediya, lüğətlər, 7500-dən çox dərslik, 500-dən çox əyani vəsait daxil olan kitabxana mövcuddur.
DİM-in dərc etdiyi illik “Ali təhsil müəssisələrinə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlili”nə əsasən Kompleks 2015-2019-cu illərdə 5 dəfə ardıcıl olaraq Respublikanın lider məktəbi hesab edilib. Məzunlarımız ali məktəblərə qəbul üzrə 100%-li nəticə göstərərək ölkəmizdə və xarici dövlətlərdə nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub.

İttifaqın məzun sayı
Fəaliyyətə başladığımız ildən bu yana liseyimizdən 394 şagird məzun olmuşdur.
Komitənin fəaliyyət istiqamətləri:


